Silviya Plat

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silviya Plat
ing. Sylvia Plath
Təxəllüsü Victoria Lucas
Doğum tarixi 27 oktyabr 1932(1932-10-27)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 11 fevral 1963(1963-02-11)[1][2][…] (30 yaşında)
Vəfat yeri
Fəaliyyəti şair, yazıçı, romançı, esseist, avtobioqraf[d], gündəlik yazıçısı[d], uşaq ədəbiyyatı yazıçısı
Əsərlərinin dili ingilis dili
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Silviya Plat (ing. Sylvia Plath; 27 oktyabr 1932[1][2][…], Boston11 fevral 1963[1][2][…], London) — amerika şairi, yazıçısı.

1932-ci ildə doğulan amerikalı yazıçı Silviya Platın atası alman, anası amerikalı idi. O, daha çox ağrılı həyatı və faciəvi ölümü ilə tanınır. İlk şeirini səkkiz yaşında yazan şair bütün həyatı boyu manik depressiyadan əziyyət çəkib. Kollecdə oxuyarkən intihara cəhd etdiyi üçün ruhi dispanserə yerləşdirilir. Dispanserdən çıxdıqdan sonra Kembric Universitetində təhsil alır. İngiltərədə olarkən 1956-cı ildə gələcəkdə evlənəcəyi ingilis şair Ted Hyuzla tanış olur. Qısa müddət sonra Plat və Hyuz evlənib Bostona köçürlər. Plat hamilə qaldıqdan sonra yenidən İngiltərəyə qayıdırlar. Platın həddindən artıq qısqanc olması ailədə ciddi problemlərin yaranmasına səbəb olur. Uşaq doğulduqdan sonra isə onlar boşanırlar.

11 fevral 1963-cü ildə Silviya Plat ikinci mərtəbədə yatan uşaqlarına süd və şirniyyat qoyduqdan sonra başını sobaya soxaraq intihar edir. İntihar məktubunda yazılanlara əsasən, onun özünü öldürmək kimi bir niyyətinin olmadığı güman edilir.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Sylvia Plath // Encyclopædia Britannica (ing.).